Mərdəkan bələdiyyəsi 2015-ci ilin oktyabrın 12-dən 18-dək “Azərbaycanda Yerli Demokratiya Həftə”si çərçivəsində bir sıra tədbirlər həyata keçirib.
Bu barədə məlumatı Xəzər rayonu Mərdəkan bələdiyyəsindən veriblər.
Tədbirlərdə məqsəd bələdiyyə ilə əhalinin təmaslarını bir qədər də möhkəmləndirmək, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində işləri daha da surətləndirmək, yerlərdəki problemlərin həllində insanların birgə fəaliyyətini təmin etməkdir.
Həftə ərzində qəsəbə ərazisində bir sıra şüarlardan istifadə edilib:
-“Azərbaycanda Yerli Demokratiya Həftəsi”ndə fəal iştirak edək!
- “Vətəndaşları yerli özünüidarəetmədə iştirakını təmin edək”!
Həftə ilə əlaqədar bələdiyyədə “Açıq qapı” günləri təşkil olunmuşdur, vətəndaşların bələdiyyə ilə sıx əlaqələrinin qurulması məqsədilə “qaynar telefon xətti” (012 454-59-83) təşkil olunub.
Vətəndaşların bələdiyyə ilə operativ əlaqələrinin təmin edilməsi məqsədilə, bələdiyyənin inzibati binasının qarşısında və qəsəbə ərazisində “Bələdiyyə poçt qutu”ları quraşdırılıb.
Həftə çərçivəsində qəsəbənin 181 və 123 nömrəli tam orta məktəblərində görüşlər keçirilib. Müəllim və şagirdlərə Mərdəkan bələdiyyəsinin fəaliyyəti haqqında məlumatlar verilmiş, onlar tərəfindən daxil olan suallar cavablandırılmış və bələdiyyə tərəfindən hazırlanmış maarifləndirici xarakter daşıyan bukletlər müəllim və şagirdlərə paylanmışdır. əsas məqsəd “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyətini görüş iştirakçılarına çatdırmaq və bələdiyyənin fəaliyyətinin canlandırılması ilə bağlı təklif və arzuların öyrənilib sistemləşdirilməsinin, fəaliyyət üçün əsas kimi qəbul olunmasıdır.
inanırıq ki, oktyabrın 12-dən 18-dək keçirilmiş “Yerli Demokratiya Həftəsi” bələdiyyəyə vətəndaşların əlaqələrinin daha da dərinləşməsində və yerli əhəmiyyətli problemlərin həllində mühüm rol oynayacaqdır.
Belediyye.info
|
|
|
|